Modern.az

İrəvanın KTMT-yə müraciəti qanunaziddir - Korotçenko

İrəvanın KTMT-yə müraciəti qanunaziddir - Korotçenko

13 Sentyabr 2022, 13:08

Ermənistanın hərbi dəstək üçün KTMT və Rusiyaya müraciət etməsi hüquqi baxımdan qanunaziddir.

 

Modern.az-ın məlumatına görə, bunu rusiyalı siyasi ekspert, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor sosial şəbəkə hesabında yazıb.

 

O qeyd edib ki, söhbət lokal sərhədyanı insidentdən gedir, eyni zamanda Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası olmayıb.

 

Korotçenko deyib ki, silahlı insidentin mənbəyi erməni tərəfi və onun silahlı təxribatlarıdır:

 

"Azərbaycanın addımları cavab və məcburi xarakter daşıyır, başqa sözlə "özünümüdafiə" kateqoriyasına daxil olur. Azərbaycan azad edilmiş ərazilərin dinc bərpası və inkişafı üzrə irimiqyaslı işlərlə məşğuldur, Ermənistan isə iki il əvvəlki vəziyyətdədir".

 

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi