Modern.az

Ruslar kraliçanın dəfninə buraxılmayacaq

Ruslar kraliçanın dəfninə buraxılmayacaq

Dünya

14 Sentyabr 2022, 00:36

Rusiya, Belarus və Myanmaya rəsmilərinə Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin dəfn mərasimində iştirak etmək üçün dəvətnamə verilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb.

 

Bildirilib ki, dəfn mərasimində dünyanın müxtəlif yerlərindən gələn 500-ə yaxın vəzifəli şəxsin iştirakı gözlənilir.

 

Qeyd edək ki, 96 yaşlı kraliça II Elizabet sentyabrın 8-də dünyasını dəyişib. Onun ölümündən sonra oğlu Çarlz kral elan edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi