Rusiya “Geran-2” adlı pilotsuz uçan aparatı (PUA) ilə Kupyansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum edib.
Modern.az xəbər verir ki, hücum edən PUA-nın fotoları müxtəlif teleqram kanallarında yayılıb.
Cihazın qalıqları İranın "Şahed -136" adlı kamikadze PUA-larına bənzəyir. Ekspertlər PUA-nın birbaşa İrandan gəldiyini və ya Rusiyada yığıldığını bildirir.
"Şahed-136" 2000 kilometr məsafə qət edə bilən İran istehsalı kamikadze tipli PUA-dır. Model 2020-ci ildə istifadə verilib. Sistemlər xüsusilə Yəməndəki husilər tərəfindən istifadə olunur.
Avqustun 30-da “The Washington Post” qəzeti yazıb ki, Rusiya İran istehsalı PUA-ların ilk partiyasını alıb.
Akif İsmayılov