Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Şeyx Abdullah bin Zayed İsrailə rəsmi səfər edib.
Modern.az xəbər verir ki, bu barədə BƏƏ-nin WAM informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, yüksək səviyyəli nümayəndə heyətinə rəhbərlik edən Bin Zayed bir neçə gün Tel-Əvivdə qalacaq.
Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi əsasında İsrail ilə bir sıra ərəb dövlətləri müqavilə imzalayıb. BƏƏ və Bəhreyn 2020-ci ilin sentyabrında Ağ Evdə İsraillə sazişləri imzalayan ilk ölkələr olub.
Akif İsmayılov