Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahim Rəisi Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində görüşüblər.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, liderlər bir sıra məsələləri müzakirə ediblər.
Onlar, digər məsələlərlə yanaşı, İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA), ikitərəfli əməkdaşlıq, beynəlxalq və regional təhlükəsizlik, o cümlədən Suriya nizamlanması, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
Putin bildirib ki, üzvlük prosesini yekunlaşdırmaq üçün formal məsələlər qalıb: "İranla Rusiyanın münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir. Moskva ilə Tehranın mövqeləri üst-üstə düşür".