İran Prezidenti İbrahim Rəisi Rusiya prezidenti Vladimir Putinlə Özbəkistandakı görüşündə bir sıra məsələlərə toxunub.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Rəisi İranın Rusiyaya qarşı tətbiq edilən sanksiyaları tanımaqdan imtina etdiyini açıqlayıb.
İran lideri deyib ki, Tehran Moskva ilə əlaqələrini gücləndirməyə, həmçinin ABŞ sanksiyalarının təsirini birgə neytrallaşdırmağa davam edəcək.