Modern.az

BMT Ermənistana xüsusi nümayəndə göndərir

BMT Ermənistana xüsusi nümayəndə göndərir

Dünya

15 Sentyabr 2022, 23:08

BMT Ermənistan və Azərbaycan arasında atəşkəs razılaşmalarını alqışlayır və atəşkəsin qorunub saxlanacağına ümid edir.

 

Modern.az xəbər verir ki, bu barədə BMT baş katibinin xüsusi nümayəndəsi Miroslav Yença bildirib.

 

Onun sözlərinə görə, hər iki ölkə baş katibə və BMT Təhlükəsizlik Şurasına məktublar göndərib, 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə əldə edilmiş razılaşmanın pozulduğunu bildirib.

 

Miroslav Yença, həmçinin qeyd edib ki, BMT Ermənistana xüsusi nümayəndə göndərəcək.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi