Modern.az

Qırğızıstan və Tacikistan arasında atəşkəs razılaşması əldə olundu

Qırğızıstan və Tacikistan arasında atəşkəs razılaşması əldə olundu

16 Sentyabr 2022, 12:58

Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin başçıları atəşkəs barədə razılığa gəliblər.

 

Modern.az KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstanın deputatı Əlişir Kozuyev jurnalistlərə bildirib.

 

Məlumata görə, Qırğızıstan və Tacikistan Milli Təhlükəsizlik üzrə Dövlət Komitələrinin rəhbərləri Kamçıbek Taşiyev və Saymumin Yatimov saat 16:00-da (Bakı vaxtı ilə 14:00) atəşkəs barədə razılığa gəliblər.

 

Onun sözlərinə görə, bu barədə bir neçə dəqiqə əvvəl deputatların etirazçılarla görüşündə məlum olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi