İranın Fars əyalətində naməlum şəxs ibadət edən şəxslərə hücum edib.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şiraz şəhərinin Hacı Abbas məscidində baş verib.
Bildirilib ki, naməlum şəxs məsciddən çıxan insanları bıçaqlayıb. Nəticədə 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən şəxs saxlanılıb.