Modern.az

Rusiya Avstraliyaya sanksiya tətbiq etdi

Rusiya Avstraliyaya sanksiya tətbiq etdi

16 Sentyabr 2022, 20:49

Rusiya Avstraliyanın 41 vətəndaşına sanksiya tətbiq edib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

"Qara siyahı"ya salınan şəxslərin əksəriyyəti jurnalistdir. Bundan başqa, siyahıya Avstraliyanın müdafiə sənayesinin nümayəndələri də daxil edilib.

 

Sanksiya siyahısında olan şəxslərin Rusiyaya girişi qeyri-müəyyən müddətə qadağan edilib.

 

İyulun 1-də Avstraliya 16 rusiyalı iş adamı və məmuruna qarşı sanksiya tətbiq edib.

 

Akif İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi