Modern.az

Tacikistan-Qırğızıstan qarşıdurmasında 24 nəfər ölüb - YENİLƏNİB

Tacikistan-Qırğızıstan qarşıdurmasında 24 nəfər ölüb - YENİLƏNİB

Dünya

17 Sentyabr 2022, 01:30

Tacikistanla sərhəddə baş verən toqquşmalar zamanı 24 nəfər ölüb.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

 

***

 

Tacikistanla sərhəddə baş verən münaqişə nəticəsində Qırğızıstanda 87 nəfər xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Daha əvvəl 55-ə yaxın yaralının olduğu və iki nəfərin öldüyü bildirilirdi.

 

Qurbanların əksəriyyətinin bədəninin müxtəlif nahiyələrində qəlpə və güllə yaraları aşkarlanıb. Onlar Tacikistanla həmsərhəd olan Batken vilayəti və Bişkekdəki xəstəxanalara yerləşdiriliblər.

 

Qeyd edək ki, bu gün Qırğızıstan-Tacikistan sərhədində baş verən silahlı münaqişə nəticəsində biri 15 yaşlı qız olmaqla, iki nəfər həyatını itirib. Atışma səbəbindən sərhədyanı kəndlərdən 19 min nəfərə yaxın sakin təxliyə edilib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi