Modern.az

28 yaşlı prokuror intihar etdi

28 yaşlı prokuror intihar etdi

Dünya

17 Sentyabr 2022, 09:44

Türkiyənin Batman şəhərində 28 yaşlı prokuror Əbdül Səməd Yılmaz intihar edib.

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, təxminən 2 ay əvvəl Batmanın Gercüş rayonuna təyin olunmuş prokuror günorta saatlarında ədliyyə binasındakı evində tapança ilə başına atəş açıb.

 

Hadisə yerinə səhiyyə əməkdaşları və polis qrupları cəlb edilib. Lakin bütün müdaxilələrə baxmayaraq, prokurorun həyatını xilas etmək mümkün olmayıb.

 

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi