Qazaxıstanda prezidentlik müddəti 5 ildən 7 ilədək uzadılıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq konstitusiya dəyişikliyini təsdiqləyib.
Xatırladaq ki, Qazaxıstanda 2022-ci ilin yayında referendum nəticəsində qəbul edilən konstitusiya dəyişiklikləri dövlət başçısının və onun qohumlarının səlahiyyətlərinin azaldılmasını, parlamentin və yerli nümayəndəli orqanların rolunun əhəmiyyətli dərəcədə artırılmasını, hüquq–müdafiə sisteminin gücləndirilməsini, Konstitusiya Məhkəməsinin yaradılmasını, ölüm hökmünün ləğvinin yekun təsbitini, həmçinin ölkənin birinci Prezidenti Nursultan Nazarbayevin statusu haqqında müddəanın konstitusiyadan çıxarılmasını nəzərdə tuturdu.
Prezident Kasım-Jomart Tokayev sentyabrın 1-də Qazaxıstan xalqına müraciətində növbədənkənar prezident seçkilərinin 2022-ci ilin payızında keçirilməsini təklif edib, eyni zamanda dövlət başçısı prezidentlik müddətinin maksimum sayının ikidən birə endirilməsini, prezidentlik müddətinin beş ildən yeddi ilə qədər artırılmasını təklif etmişdi.