ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana gəlib.
Modern.az xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Qeyd olunur ki, Pelosinin təyyarəsi artıq İrəvanın "Zvernots" hava limanına düşüb.
Pelosi Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyan və digər yüksək vəzifəli rəsmilərlə görüşəcək, onlarla ABŞ-Ermənistan münasibətləri və mövcud təhlükəsizlik vəziyyətini müzakirə edəcək.
Pelosini Nümayəndələr Palatasının Energetika və Ticarət Komitəsinin sədri Frank Pallone, nümayəndələr Anna Eşoo və Caki Speier müşayiət edir.
Akif İsmayılov