Modern.az

ABŞ Kiprə silah embarqosunu ləğv etdi

ABŞ Kiprə silah embarqosunu ləğv etdi

Dünya

17 Sentyabr 2022, 23:14

ABŞ Dövlət Departamenti Cənubi Kiprə tətbiq edilən silah embarqosunu ləğv edib.

 

Modern.az xəbər verir ki, bu barədə Departamentin sözçüsü Ned Prays məlumat verib.

 

"Dövlət katibi Antoni Blinken Kiprin 2023-cü maliyyə ilində müdafiə materiallarının ixracı və transferlərinin təsdiqlənməsinə icazə vermək üçün müvafiq qanunvericilik çərçivəsində lazımi şərtləri yerinə yetirdiyini müəyyən edib və Konqresə məlumat verib", - açıqlamada deyilir.

 

O, həmçinin bəyan edib ki, Vaşinqtonun beynəlxalq silah ticarəti qaydaları 2022-ci il oktyabrın 1-dən tətbiq olunacaq.

 

Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-ın Kiprlə bağlı qərarını qınayıb.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi