Modern.az

Məşhur geyim brendi Belarusu tərk edir

Məşhur geyim brendi Belarusu tərk edir

Dünya

17 Sentyabr 2022, 23:54

İsveçin H&M geyim şirkəti Qərbin sanksiyalarına məruz qalan Belarusu tərk etmək qərarına gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Belarusun “Onliner” nəşri şirkətin mətbuat xidmətinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, şirkət ölkədə işini dayandırır, mağazalar qalıqları satmaq üçün açılacaq. 

 

"Biz qalan məhsulları satmaq üçün üç mağazamızı müvəqqəti olaraq açacağıq və onları məhdud müddət ərzində açıq saxlayacağıq", - deyə şirkətin yaydığı məlumatda qeyd olunub.

 

Xatırladaq ki, Rusiyada H&M mağazaları martın sonunda fəaliyyətini dayandırıb. İyulun 18-də ticarət şəbəkəsi Rusiya Federasiyasındakı biznesini bağlamaq qərarına gəldiyini elan edib.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi