Modern.az

Rusiyanın daha 230 hərbçisi məhv edildi

Rusiyanın daha 230 hərbçisi məhv edildi

Dünya

18 Sentyabr 2022, 10:58

Son sutka ərzində Ukraynada Rusiya ordusunun 230 hərbçisi məhv edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bununla da müharibə başlayandan indiyədək Rusiyanın canlı qüvvə itkilərinin sayı 54 480-ə çatıb.

 

Rusiya ordusunun digər döyüş itkiləri 2210 tank, 4718 zirehli döyüş maşını, 1309 artilleriya sistemi, 312 reaktiv yaylım atəşi sistemi, 168 hava hücumundan müdafiə sistemi, 251 təyyarə, 217 helikopter, 918 PUA, 238 qanadlı raket, 15 gəmi, 3 578 avtomobil texnikası və avtosistern, 122 xüsusi texnikadan ibarətdir.

 

Xatırladaq ki, Rusiya qoşunları bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi