Modern.az

Fransa prezidenti Putinlə danışmaq istəyir

Fransa prezidenti Putinlə danışmaq istəyir

Dünya

20 Sentyabr 2022, 23:18

Fransa prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinə zəng etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib.

 

“Yaxın günlərdə cənab Putinlə, xüsusən də nüvə məsələsi ilə bağlı danışıqlar aparmağımız nəzərdə tutulur”, - Makron deyib.

 

O qeyd edib ki, sentyabrın 21-i səhər saatlarında Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Mariano Qrossi ilə görüşəcək, ondan sonra Putinlə əlaqə saxlayacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?