Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının iclasından çıxarkən “Reuters”in müxbirinin suallarını cavablandırıb.
Modern.az xəbər verir ki, Ərdoğan xanım jurnalistə zarafatla deyib: “nə soruşacaqsansa, soruş?”.
Müxbir isə ilk sualında Ərdoğandan onun ABŞ prezidenti Co Baydenlə təkbətək görüşüb-görüşməyəcəyini soruşub.
“O Baydendir, mən Ərdoğan”,- deyə Türkiyə lideri gülərək cavab verib.
F-16 qırıcıları ilə bağlı senatorlarla görüşə gəlincə, Ərdoğan “onlar müsbət danışırlar, deyəsən, F-16 göndərməklə bağlı qərarı təsdiq edəcəklər”, - deyə bildirib.