Modern.az

300 min nəfər eyni anda xidmətə çağırılmayacaq

300 min nəfər eyni anda xidmətə çağırılmayacaq

Dünya

21 Sentyabr 2022, 14:00

Rusiya Federasiyası hökuməti ən qısa müddətdə qismən səfərbərlikdən möhlət hüququ olan vətəndaşların kateqoriyalarını müəyyən edəcək.

 

Modern.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov açıqlayıb.

 

Peskov qeyd edib ki, qismən səfərbərlik çərçivəsində 300 minədək insanın hərbi xidmətə çağırılması bir anda baş verməyəcək:

 

"Qismən səfərbərlik haqqında fərmanın qapalı yeddinci bəndi Şoyqunun artıq dediyi kimi, 300 min nəfərədək çağırışçıların sayına aiddir. O bənd ictimaiyyət üçün deyil, rəsmi istifadə üçündür". 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu