Modern.az

Erməni hərbçilərin məzarına gətirilən əklillər dağıdılıb

Erməni hərbçilərin məzarına gətirilən əklillər dağıdılıb

Dünya

21 Sentyabr 2022, 12:26

Ermənistanda döyüşlər zamanı ölən hərbçilərin yaxınları və qohumları “Yerablur” hərbi məzarlığında hökumət nümayəndələrinin qoyduqları əklilləri aşırıblar.

 

Modern.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, onlar polisin ölən əsgərlərin yaxınlarını zor gücünə məzarlıqdan çıxarmasına etiraz ediblər.

 

“Əgər bu mənəviyyatsız insanlar ölən əsgərlərin analarına bu cür rəftara yol verirsə, onların əklilləri burada olmamalıdır. Onlar ən həssas yerdən vurdular”, - deyə etirazçılardan biri söyləyib.

 

Qeyd edək ki, ötən gün Ermənistanda ölən hərbçilərin yaxınları ilə polis əməkdaşları arasında qarşıdurma yanaşıb.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi