Modern.az

Rusiya Ukraynaya təzminat ödəməlidir - Trass

Rusiya Ukraynaya təzminat ödəməlidir - Trass

Dünya

21 Sentyabr 2022, 15:40

Rusiya tamhüquqlu tərəfdaş kimi beynəlxalq arenaya qayıtmaq istəyirsə, Ukraynanı tərk etməlidir.

 

Modern.az xəbər verir ki, bunu öyük Britaniyanın hökumət başçısı Elizabet Trass deyib.

 

Trass qeyd edib ki, Rusiya Ukraynadan çıxmalı və baş verənlərə görə Kiyevə lazımi təzminat ödəməlidir:

 

"Biz Moskvanın qonşu ölkələri bir daha heç vaxt təhdid edə bilməyəcəyindən əmin olmalıyıq”.

 

Xatırladaq ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı müharibəyə başlayıb. Avropa İttifaqı, Kanada, ABŞ, Böyük Britaniya və dünyanın bir çox ölkələri buna cavab olaraq Rusiyaya qarşı analoqu olmayan sanksiyalar tətbiq edib. Ukraynaya isə böyük həcmdə hərbi və humanitar yardım göstərilməsi davam edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi