Modern.az

Tokayev növbədənkənar seçkilərin tarixini TƏYİN ETDİ

Tokayev növbədənkənar seçkilərin tarixini TƏYİN ETDİ

Dünya

21 Sentyabr 2022, 16:00

Prezident Kasım-Jomart Tokayev Qazaxıstanda növbədənkənar prezident seçkilərinin təyin edilməsi haqqında fərman imzalayıb.

Modern.az xəbər verir ki, fərmana əsasən, Qazaxıstanda növbədənkənar prezident seçkiləri 2022-ci il noyabrın 20-də keçiriləcək.
 

Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin təşkilini və keçirilməsini təmin etmək tapşırılıb.


Hökumət növbədənkənar prezident seçkilərinin təşkilati, maddi-texniki və maliyyə təminatı üçün lazımi tədbirlər görməlidir.

Qazaxıstanda prezidentin səlahiyyət müddəti 7 ilə qaldırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi