Modern.az

İranda internet məhdudlaşdırılacaq

İranda internet məhdudlaşdırılacaq

Dünya

21 Sentyabr 2022, 16:08

İranda internetdən istifadəyə məhdudlaşdırılacaq.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, hazırda hökumət rəsmiləri məsələ ilə bağlı müzakirə aparırlar.

 

Qeyd olunub ki, bu addım ölkədə son günlər baş verən etiraz aksiyalarının sosial şəbəkələrdə daha da geniş yayılmaması üçün atılacaq.

 

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Artıq bir neçə gündür başlayan kütləvi etirazlar hələ də davam etməkdədir. Aksiyalar ölkənin Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və başqa böyük şəhərlərini də əhatə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi