Modern.az

Tacikistan atəşkəsi pozdu - Sərhəddə vəziyyət gərgindir

Tacikistan atəşkəsi pozdu - Sərhəddə vəziyyət gərgindir

Dünya

21 Sentyabr 2022, 17:38

Tacikistan tərəfi Qırğızıstanla sərhəddə iki dəfə atəş açıb. Hazırda vəziyyət gərgin olaraq xarakterizə olunur.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidməti məlumat yayıb.

 

"Atışma Qırğızıstanın Batken rayonunun Dostuk kəndi istiqamətində baş verib”, - məlumatda deyilir.

 

Qeyd edək ki, bir neçə gün öncə Tacikistan-Qırğızıstan sərhədində silahlı toqquşmalar baş verib. Hadisə nəticəsində hər iki tərəf ağır itkilər verib. Daha sonra atəşkəs rasılaşması əldə olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi