Modern.az

Zelenski Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır

Zelenski Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmır

Dünya

21 Sentyabr 2022, 18:12

Rusiyanın nüvə silahından istifadə edəcəyinə inanmıram.

 

Modern.az xəbər verir ki, bunu Almaniyanın "Bild" qəzetinə müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

 

O qeyd edib ki, Qərb Putinin şantajlarına boyun əyməməlidir. Bundan əlavə, Zelenski vurğulayıb ki, Ukraynanın öz torpaqlarını azad edəcəyinə əmindir.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qərb ölkələrini nüvə silahı ilə hədələyib. "Ərazi bütövlüyümüzə təhlükə olarsa, nüvə silahından istifadə edəcəyik", - Rusiya lideri bu gün xalqa müraciətində söyləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi