Modern.az

İranda etirazlara görə internet KƏSİLDİ

İranda etirazlara görə internet KƏSİLDİ

Dünya

21 Sentyabr 2022, 23:16

İranda keçirilən aksiyalar fonunda internetə giriş məhdudlaşdırılıb.

 

Modern.az xəbər verir ki, paytaxt Tehranda və digər böyük şəhərlərdə internet istifadəçiləri yalnız yerli saytlara daxil ola bilirlər.

 

"Reuters" agentliyinin məlumatına görə, hazırda ölkədə "Instagram" və "Whatsapp" platformalarına da daxil olmaq mümkün deyil.

 

Qeyd edək ki, keçən həftə Tehranda əxlaq polisi tərəfindən “uyğun olmayan geyim”ə görə həbs edilən 22 yaşlı Məhsa Əmininin ölümü geniş etirazlara səbəb olub. Polis əməkdaşları aksiyalar zamanı etirazçılara qarşı güc tətbiq edib. Toqquşmalar nəticəsində ölən və yaralananlar olub.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi