Modern.az

Türkiyə Rusiyanın referendum planını pislədi

Türkiyə Rusiyanın “referendum” planını pislədi

Dünya

21 Sentyabr 2022, 23:35

Türkiyə Ukraynanın Rusiyanın nəzarətində olan bölgələrində "referendum" keçirilməsini pisləyir.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

 

Bildirilib ki, rəsmi Ankara Ukraynanın Rusiya tərəfindən ələ keçirilən ərazilərində "referendum" keçirilməsi cəhdlərindən narahatdır:

 

"Belə qeyri-qanuni faktlar beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacaq", - rəsmi açıqlamada bildirilir.

 

Qeyd edək ki, Ukraynanın Xerson, Zaporojye, Luqansk və Donetsk vilayətlərində Rusiyaya birləşmək üçün referendum keçiriləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi