Cari ilin iyulun 1-dən Pakistanın Sind əyalətində baş verən daşqınların səbəb olduğu xəstəliklərdən 324 nəfər həyatını itirib.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, rəsmilər daşqından zərər çəkmiş bölgələrdə ishal, malyariya və dəri xəstəliklərinin artdığını bildiriblər.
Daşqınlar səbəbindən əyalətdə evlərindən didərgin düşmüş 500 mindən çox insan düşərgələrdə yaşamağa davam edir.
Daşqınlardan sonra bir çox şəhər və rayonlarda sular hələ də çəkilməyib. Mövcud vəziyyət əhalinin xəstəxanalara çıxışına mənfi təsir göstərir, tibbi ləvazimat və dərman vasitələri ilə təminatda problemlər yaradır.