Rusiya hərbçiləri Ukraynada 773 uşağı yaralayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun “Telegram” kanalında məlumat verilib.
"24 sentyabr 2022-ci il səhər saatlarına olan məlumata görə, Ukraynada Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində ümumilikdə 1164-dən çox uşaq xəsarət alıb. İndiyədək 391 uşaq ölüb, 773-dən çox uşaq yaralanıb. Yaralılar müxtəlif dərəcəli xəsarət alıb”, - məlumatda deyilir.