Modern.az

Qırğızıstanda ölü sayı 62-yə çatıb

Qırğızıstanda ölü sayı 62-yə çatıb

24 Sentyabr 2022, 11:40

Qırğızıstan-Tacikistan sərhədində münaqişə nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Sentyabrın 24-nə olan məlumata görə, münaqişə zamanı 13-ü uşaq, 171-i kişi və 14-ü qadın olmaqla, ümumilikdə 198 vətəndaş zərər çəkib.

 

Milli Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən 3 nəfərin vəziyyəti ağır qiymətləndirilir, digərlərinin vəziyyəti orta ağır və nisbətən qənaətbəxşdir.

 

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində silah tətbiqi ilə münaqişə sentyabrın 14-də başlayıb. 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi