Modern.az

İrandan Ukraynanın iddialarına CAVAB

İrandan Ukraynanın iddialarına CAVAB

Dünya

24 Sentyabr 2022, 16:45

"İran Rusiyaya kamikadze dronları satması ilə bağlı Ukraynanın ittihamlarını rədd edir. Burada “üçüncü ölkələrin təsiri"  var".

 

Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Naser Kanani deyib.

 

O, İran və Ukrayna arasında diplomatik münasibətlərin korlanmasından təəssüfləndiyini bildirib.

 

Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyi İranın Rusiyaya pilotsuz uçuş aparatları satması səbəbilə İran səfirini akkreditasiyadan məhrum etmək, həmçinin Kiyevdəki səfirliyinin diplomatik işçilərinin sayını əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi