Modern.az

Almaniya indi də ərəblərin ümidinə qalıb

Almaniya indi də ərəblərin ümidinə qalıb

Dünya

24 Sentyabr 2022, 20:19

Almaniya kansleri Olaf Şolts Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə görüşüb.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, Şolts görüşdən sonra iki ölkə arasında enerji tərəfdaşlığını dərinləşdirmək istədiyini bildirib.

 

O, Səudiyyə ilə hidrogen və bərpa olunan enerji sahəsində əməkdaşlıq etmək istədiyini deyib.

 

Qeyd edək ki, yaxın vaxtlara qədər qaz təchizatında Rusiyadan asılı olan Almaniya fevralda Moskvanın Ukraynaya hərbi müdaxiləsindən sonra enerji təchizatını diversifikasiya etməyə çalışır. Kansler bu məqsədlə Körfəz ölkələrinə iki günlük səfər edib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi