Modern.az

Duma Ukrayna ərazilərinin ilhaqını müzakirə edəcək

Duma Ukrayna ərazilərinin ilhaqını müzakirə edəcək

Dünya

24 Sentyabr 2022, 22:04

Rusiya parlamentinin aşağı palatası (Duma) Ukraynanın işğal olunmuş ərazilərinin Rusiyaya birləşdirilməsini nəzərdə tutan qanun layihələrini müzakirə edə bilər.

 

Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

 

Agentlik Dumadakı adını açıqlamayan mənbəyə istinadən bildirir ki, müzakirələr Rusiya tərəfindən işğal edilən dörd bölgədə qondarma "referendum"un bitməsindən iki gün sonra, yəni sentyabrın 29-da başlaya bilər.

 

Qeyd edək ki, Ukraynanın dörd bölgəsində Rusiyaya qoşulmaq üçün qondarma "referendum"lar başlayıb, Kiyev və Qərb dövlətləri referendumu saxta hesab edir və onun nəticələrini tanımır.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi