Modern.az

Ruslar Gürcüstana QAÇIR - Sərhəddə 20 kilometrlik tıxac

Ruslar Gürcüstana QAÇIR - Sərhəddə 20 kilometrlik tıxac

Dünya

24 Sentyabr 2022, 22:35

Rusiyada qismən səfərbərlik elan edildikdən sonra Gürcüstana üz tutan rusların sayı durmadan artır.

 

Modern.az xəbər verir ki, Rusiya ilə Gürcüstan arasındakı yeganə quru sərhədi Yuxarı Lars keçid məntəqəsində ümumi uzunluğu 20 kilometrdən çox olan tıxac yaranıb.

 

Səfərbərlikdən qaçan ruslar Gürcüstan sərhədini keçmək üçün təxminən 40 saata qədər gözləməli olurlar.

 

Qeyd edək ki, sentyabrın 23-də axşam saatlarında Rusiya tərəfində sərhəddə 2 min minik avtomobili Gürcüstana keçmək üçün növbə gözləyib. Sentyabrın 24-də isə bu rəqəm azı 2 dəfə artıb. Tıxacın artmasına səbəb Rusiya tərəfindən hərbi çağırış yaşlı insanların sərhədi keçmələrinə tətbiq olunan qadağalardır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi