Modern.az

Şimali Koreya yeni raket sınağına hazırlaşır

Şimali Koreya yeni raket sınağına hazırlaşır

Dünya

24 Sentyabr 2022, 23:34

Cənubi Koreya ordusu Şimali Koreyanın sualtı qayıqdan buraxılan ballistik raketi sınaqdan keçirməyə hazırlaşdığına dair əlamətlər aşkar edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Yonhap" informasiya agentliyi məlumat yayıb.

 

Agentlik adı açıqlanmayan Cənubi Koreya hərbi mənbəsinə istinadən bildirir ki, hərbçilər bu həftə Şimali Koreyanın Cənubi Hamqyonq əyalətinin Sinpo şəhərində hazırlıqlar gördüyünü müəyyən ediblər. Məlumatı ABŞ-da yerləşən beyin mərkləzləri də təsdiqləyib.

 

Qeyd edək ki, raketin sınaqları ABŞ vitse-prezidenti Kamala Harrisin regiona səfəri ərəfəsinə təsadaüf edir. Harris gələn həftə bölgəyə səfər edərək Yaponiya və Cənubi Koreya liderləri ilə görüşməyi planlaşdırır. 

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi