Modern.az

İran etirazlara görə ABŞ-ı ittiham edir

İran etirazlara görə ABŞ-ı ittiham edir

Dünya

25 Sentyabr 2022, 19:22

ABŞ-ın iğtişaşçılara dəstəyi Vaşinqtonun İrana qarşı diplomatik mövqeyinə ziddir.

 

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib.

 

O qeyd edib ki, dinc etiraz hər bir xalqın hüququdur.

 

"Lakin ABŞ-ın İranın işlərinə qarışması və iğtişaşçılara ölkədə sabitliyi pozma layihəsini həyata keçirməkdə dəstək verməsi Vaşinqtonun siyasəti ilə ziddiyyət təşkil edir", - nazir deyib.

 

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?