ABŞ Rusiyaya nüvə silahının tətbiqinin nəticələri barədə xəbərdarlıq edib.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan CBS telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ hakimiyyəti çox yüksək səviyyədə Moskvaya bəyan edib ki, Rusiyanın nüvə silahı tətbiq etməsinin fəlakətli nəticələri olacaq və Vaşinqton buna qətiyyətlə cavab verəcək.
Qeyd edək ki, bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin Qərb ölkələrini nüvə silahı ilə təhdid etməsi dünyanın gündəmini dəyişib. Putin ABŞ və Avropa ölkələrinə xəbərdarlıq edərək bildirib ki, əgər Rusiyaya təhdid olarsa, nüvə silahını işə salacaq.
"Qərbin məqsədi Rusiyanı zəiflətməkdir, təbii ki, bu alınmayacaq. Biz bütün vasitələrdən onlara qarşı istifadə edəcəyik”, - deyə Putin Rusiyanın düşmənlərinə səslənib.