Modern.az

Ruslar sovet tankları ilə vurulacaq - ABŞ hərəkətə keçdi

Ruslar sovet tankları ilə vurulacaq - ABŞ hərəkətə keçdi

Dünya

25 Sentyabr 2022, 20:59

ABŞ administrasiyası NATO ölkələrindən Ukraynaya sovet tanklarının tədarükü üzərində işləyir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

 

Onun sözlərinə görə, ABŞ hakimiyyəti digər silahların tədarükü ilə bağlı işlər aparır.

 

“Biz NATO-ya üzv ölkələrdən ukraynalıların təlim keçdiyi sovet dövründən qalma tankların təhvil verilməsini asanlaşdırdıq, bu işləri davam edəcəyik”, - Sullivan CBS telekanalında deyib.

 

O, həmçinin vurğulayıb ki, ABŞ hakimiyyəti Ukraynaya hava hücumundan müdafiə sistemləri, yüzlərlə artilleriya qurğusu və mərmi də daxil olmaqla 15 milyard dollar dəyərində silah verib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?