Modern.az

Pakistana 2 milyard dollar yardım ayrıldı

Pakistana 2 milyard dollar yardım ayrıldı

Dünya

25 Sentyabr 2022, 21:31

Dünya Bankı daşqınlardan zərər çəkən Pakistana 2 milyard dollar yardım edəcəyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Asiya Regionu üzrə vitse-prezidenti Martin Raiser bildirib.

 

O, Pakistanda sel fəlakəti nəticəsində çoxsaylı insan itkisinə görə təəssüfləndiyini deyib.

 

Dünya Bankının rəsmisi daşqınlardan ən çox zərər çəkənlərə təcili yardım göstərmək üçün federal və əyalət hökumətləri ilə birlikdə çalışdıqlarını diqqətə çatdırıb.

 

Xatırladaq ki, iyunun 14-dən bəri Pakistanda musson yağışlarının səbəb olduğu daşqınlar nəticəsində 1600-dən çox insan həyatını itirib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi