Modern.az

Hərbi bazaya kamikadze hücumu - Ölənlər var

Hərbi bazaya kamikadze hücumu - Ölənlər var

Dünya

25 Sentyabr 2022, 21:56

Somalinin paytaxtı Moqadişunun qərbindəki hərbi bazada terrorçu-kamikadze özünü partladıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Hücum nəticəsində azı bir əsgər ölüb, altı nəfər isə yaralanıb.

 

Partlayışa görə məsuliyyəti Əl Şəbab terror qruplaşması öz üzərinə götürüb.

 

Qeyd edək ki, Əl-Şəbab 32 əsgəri öldürdüyünü açıqlayıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi