ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərini təhvil verib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
O, sistemlərin tədarük edilməsinə görə ABŞ Prezidenti Co Baydenə təşəkkür edib: “Amma inanın ki, bu, mülki infrastrukturu, məktəbləri, xəstəxanaları, universitetləri, ukraynalıların evlərini əhatə etməyə kifayət deyil”.
Zelenski, həmçinin ABŞ-a HIMARS və digər raket sistemlərinə görə minnətdarlığını bildirib.
Bundan əvvəl ABŞ Ukraynaya MASAMS adlı hava hücumundan müdafiə sistemlərinin tədarükünə razılıq verib.
Akif İsmayılov