Modern.az

İran şahının oğlu silahlı qüvvələri hakimiyyəti ələ keçirməyə ÇAĞIRDI

İran şahının oğlu silahlı qüvvələri hakimiyyəti ələ keçirməyə ÇAĞIRDI

Dünya

26 Sentyabr 2022, 11:10

İran şahının ABŞ-da yaşayan oğlu Rza Kir Pəhləvi növbəti çağırışla çıxış edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İranda keçirilən aksiyalarda etirazçılara qarşı zor tətbiq olunmasının hiddət doğurduğunu vurğulayan Rza Pəhləvi silahlı qüvvələri bundan çəkinməyə çağırıb.

 

“Biz həm rejim, həm də xalq üçün dönməz vəziyyətə çatmışıq. Beləliklə, silahlı qüvvələr bu gün rejimi ələ almasa, sabah əfv torundan keçə bilməyəcək və xalqa cavab verəcək. Bu reallıqdır, təhdid və ya xəbərdarlıq deyil”.

 

Qeyd edək ki, sentyabrın 16-da Tehranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmini adlı qızın ölümü ölkəni etiraz aksiyalarına bürüyüb. Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Çox sayda ölən, yaralanan və həbs olunan etirazçının olduğu bildirilir. İran hakimiyyəti ölkədə internet şəbəkələri məhdudulaşdırıb.

 

1979-cu ildə devrilmiş şah Məhəmmədrza Pəhləvinin  arvadı Fərəh Pəhləvi oğlu Rza Pəhləvi hazırda Vaşinqtonda yaşayır.

 

Pəhləvilər ailəsi hazırda İranda "arzuolunmaz ailə" statusunu daşıyır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi