Modern.az

Türkiyə Rusiyadakı referendum nəticələrini tanımayacaq

Türkiyə Rusiyadakı referendum nəticələrini tanımayacaq

Dünya

26 Sentyabr 2022, 12:38

“Biz bu gün Rusiya ilə Ukrayna arasında balanslı siyasət aparır, hər iki ölkə ilə dialoqu davam etdiririk”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yaponiyalı jurnalistlərlə görüşündə deyib.

 

Çavuşoğlu beynəlxalq hüququ müdafiə etdiklərini bildirib:

 

"Bu hadisələri müharibə kimi xarakterizə edən ilk ölkə Türkiyə oldu. Türkiyə Krımın qeyri-qanuni ilhaqını tanımır. Bunu hər dəfə deyirik. Donbas, Xerson kimi bölgələrin ilhaqı ilə bağlı referendum mövzusunda konkret mövqeyimizi bildirdik, narahatlığımızı ifadə etdik. Referendumun nəticələrini tanımayacağımızı söylədik”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi