Modern.az

ABŞ-dan Ukraynaya 12 milyard dollarlıq yardım

ABŞ-dan Ukraynaya 12 milyard dollarlıq yardım

Dünya

26 Sentyabr 2022, 22:41

ABŞ Konqresinin üzvləri Ukraynaya əlavə yardım paketinin ayrılması ilə bağlı ilkin razılığa gəliblər.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, yardım 12 milyard dollar təşkil edəcək.

 

Məlumata görə, qanun layihəsinə oktyabrın 1-dək baxılacaq.

 

ABŞ prezidenti Co Bayden sentyabrın 3-də Konqresə Ukraynaya yeni yardım paketi təqdim edib. Yardım 2023-cü maliyyə ilinin birinci rübündə veriləcək. Ağ Evin məlumatına görə, bu vəsait yeni silahlara, eləcə də Ukrayna iqtisadiyyatını dəstəkləməyə yönəldiləcək.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi