Modern.az

Ərdoğandan Yunanıstana növbəti XƏBƏRDARLIQ

Ərdoğandan Yunanıstana növbəti XƏBƏRDARLIQ

Dünya

27 Sentyabr 2022, 13:24

"Rəsmi Ankara çirkli ssenarilərin həyata keçirilməsinə imkan verməyəcək".

 

Modern.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan deyib.

 

O bildirib ki, Yunanıstanı Türkiyəyə qarşı təhrik edənlərin niyyətini yaxşı başa düşür: “Adalara yığılan silahlar bizim üçün mənasızdır. Çünki bizim imkanlarımız daha çoxdur”.

 

Ərdoğan növbəti dəfə Yunanıstana xəbərdarlıq edib:

 

"Özünüzə gəlin. Sizcə, Amerika və Avropanın dəstəyi sizi xilas edəcək? Bu, sizi xilas etməyəcək. ABŞ-dan gələn dəstək sizə kömək etməz".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi