Modern.az

Süleyman Soylu istefa ərizəsi yazıb - İDDİA

Süleyman Soylu istefa ərizəsi yazıb - İDDİA

Dünya

27 Sentyabr 2022, 13:40

Türkiyənin daxili işlər naziri Süleyman Soylu istefa ərizəsini prezident Rəcəb Tayyib Ərdoğana təqdim edib. 

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin "Milli Gazete" nəşri məlumat yayıb.

 

Qəzetin yazdığına görə, o, Nazirlər Kabinetinin sentyabrın 26-da keçirilən iclasında istefa verəcəyini bildirib. Türkiyə liderinin bu qərara necə reaksiya verdiyi hələlik məlum deyil.

 

Qeyd edək ki, Soylu 2012-ci ilin sentyabrında Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasına üzv olub, 2015-ci ilin noyabrından 2016-cı ilin avqustunadək Əmək və Sosial Müdafiə Nazirliyinə rəhbərlik edib. 2016-cı ilin avqustunda o, daxili işlər naziri təyin edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi