Modern.az

Xarkovda güclü partlayış - Şəhər işıqsız qaldı

Xarkovda güclü partlayış - Şəhər işıqsız qaldı

27 Sentyabr 2022, 22:50

Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkovda üç partlayış səsi eşidilib.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

 

Agentliyin şahidləri bildirir ki, partlayışlardan sonra şəhərdə elektrik kəsilib.

 

"Şəhərin bəzi yerlərində işıq yoxdur. Ölənlər barədə məlumat dəqiqləşdirilir", - Xarkov meri İqor Terexov "Telegram" kanalında yazıb.

 

Terexov bir infrastruktur obyektinin vurulduğunu və dövlət rəsmilərinin elektrik enerjisini mümkün qədər tez bərpa etməyə çalışdıqlarını deyib.

 

Qeyd edək ki, Ukrayna ordusu son bir neçə həftə ərzində Xarkovda uğurlu əks-hücum əməliyyatları həyata keçirib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi