Modern.az

Kataloniyada müstəqillik referendumu keçirilə bilər 

Kataloniyada müstəqillik referendumu keçirilə bilər 

27 Sentyabr 2022, 23:15

"Bu gün kataloniyalıların böyük əksəriyyəti referendumda səs verməklə ölkənin gələcəyini həll etmək istəyir".

 

Modern.az xəbər verir ki, bunu Kataloniya bölgəsindəki yerli hökumətin başçısı Pere Araqones deyib.

 

O bildirib ki, Kataloniya İspaniya hökumətini regionda müstəqillik referendumunun keçirilməsi ilə bağlı yeni saziş bağlamağa çağırır.

 

Pere Araqonesin sözlərinə görə, Kataloniya sakinlərinin böyük əksəriyyəti bölgənin gələcəyini müəyyənləşdirməyi tələb edir.

 

Qeyd edək ki, 2017-ci il oktyabrın 1-də Kataloniyanın müstəqilliyi üçün keçirilən referendumda kataloniyalıların 90,18%-i bölgənin müstəqil olmasını dəstəkləyib. İspaniya hakimiyyəti səsverməni qanunsuz adlandırıb və seçkilərdən sonra bölgəyə müdaxilə edib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi