Modern.az

ABŞ 250 milyon dollarlıq silah satdı 

ABŞ 250 milyon dollarlıq silah satdı 

Dünya

28 Sentyabr 2022, 00:58

ABŞ Dövlət Departamenti Küveytə silah satışına razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə Pentaqonun Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

 

Bildirilir ki, satışa M1A2K tankı üçün döyüş və təlim sursatları, müvafiq avadanlıqlar daxildir.

 

Müqavilənin dəyəri 250 milyon dollardır. Razılaşma icra edilməzdən əvvəl Konqres tərəfindən təsdiq edilməlidir.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi